Kloppdan Çempionlar Liqasında yeni rekord

“Liverpul”un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Komanda.az “OptaJoe” nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı alman mütəxəssis buna Mersisayd təmsilçisi ilə qitənin bir nömrəli klub turnirində ardıcıl 6-cı dəfə pley-offa yüksəlməklə nail olub.

“Liverpul” qrup mərhələsinin 5-ci turunda Niderlandda “Ayaks”a 3:0 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.

Klopp 2015-ci ildən İngiltərə klubunda işləyir. Onun klubla müqaviləsi 2026-cı ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button