Klopp keçmiş klubunun stadionu üçün darıxır

Uzun müddət “Liverpul”u çalışdırmış alman məşqçi Yurgen Klopp İngiltərə klubunun ev stadionu olan “Enfild”dəki atmosferi xatırladıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu atmosfer üçün darıxdığını söyləyib:

“Enfild”ə qayıtmaq və yenidən o atmosferi yaşamaq barədə günlərlə düşünmürəm. Amma darıxıram. Həqiqətən, oranı çox sevdim. İndi işləməyə (“Redd Bull” futbol sistemində) davam edirəm. Bir neçə gün ardıcıl işləyə və sonra dörd gün istirahət edə bilərəm. Bu, mənim başıma gələn ən yaxşı şeydir”.

Klopp 2015-ci ildən 2024-cü ilə qədər “Liverpul”un baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button