Kipr mətbuatı “Qarabağ”ın futbolçusu ilə bağlı xəbərləri yalanladı

Kipr mətbuatı “Qarabağ”ın müdafiəçisi Sami Mmaenin yerli “Omonia” klubuna keçə biləcəyi ilə bağlı yayılan iddialara toxunub.

Komanda.az xəbər verir ki, “omonoianews.com” portalı Nikosiya klubunun hazırda nə belçikalı mərkəz müdafiəçisi ilə, nə də digər oyunçularla danışıqlar apardığını qeyd edib.

Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna məxsus olan Mmae “Qarabağ”da icarə əsasında çıxış edir.

Müdafiəçi bu yaxınlarda məşqçi Qurban Qurbanov tərəfindən intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button