“Bizim üçün fantastik mövsüm oldu”

“Bayern” 2025/26 mövsümündə Bundesliqada çempionluğunu rəsmiləşdirib. Komanda 30-cu turda “Ştuttqart” üzərində 4:2 hesablı qələbə qazanaraq, titulu erkən təmin edib.

Matçda diqqət çəkən digər məqam isə Harri Keynlə bağlı olub. İngiltərəli hücumçu oyuna fasilədən sonra daxil olaraq, mövsümdə 31-ci qolunu vurub və “Bayern” karyerasında ümumi göstəricisini 51 qola çatdırıb.

Komanda.az xəbər verir ki, ESPN-ə danışan Keyn, komandanın uğurunu yüksək qiymətləndirib:

“Bu, bizim üçün fantastik mövsüm oldu və çempionluğu erkən təmin etdik. Komandanın mentaliteti sayəsində ilk oyundan son oyuna qədər mübarizəni dayandırmadıq. Digər turnirlərdə hələ görüləcək işlər var, amma bütün zəhmət və birlikdə keçirdiyimiz günlər bu çempionluğu tam haqq edir”.

“Bayern” Bundesliqada topladığı 79 xalla sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Turin cədvəlinin 2-ci pilləsində qərarlaşan Dortmund “Borussiya”sının 64 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button