“Keslə”ni keçmək üçün 10 min manat mükafat!

“Kəpəz” rəhbərliyi Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə” səddini keçmək üçün komanda üzvlərinə mükafat söz verib.

Komanda.az saytının əldə etdiyi məlumata görə, rəhbərlik turu adlayacaqları halda komandaya 10 min AZN mükafat verəcək.

Bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə də Bakıdakı ilk oyundan sonra mətbuat konfransında məlumat vermişdi. Lakin o, məbləğ açıqlamamışdı:

“1/8 finalda “Sabah” üzərində 2:1 hesablı qələbəyə görə komandaya mükafat verildi. Klub rəhbərliyi sağ olsun, Gəncəyə qayıdıb məşqləri bərpa edən gün uşaqları sevindirdilər. Bu mərhələni keçsək, hər halda yenə mükafatlandırılacağıq. Əsas olan komandanın yaxşı oyun göstərməsidir. Belədə mükafat da olacaq”.

Əldə etdiyimiz məlumata görə, “Sabah” üzərindəki qələbəyə görə də komandaya 5 min manat mükafat verilib.

“Kəpəz” “Keşlə”yə səfərdə 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü fevralın 7-də Gəncə şəhər stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button