“Keşlə” daha bir transfer etdi – RƏSMİ

“Keşlə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Elvin Yunuszadəni heyətinə qatıb.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Elvin bunadək “Neftçi”, “Qarabağ”, “Sabah” və “Səbail”, həmçinin Bosniya və Herseqovinanın “Çelik” və Şimali Makedoniyanın “Şkupi” klublarında çıxış edib. Yunuszadə Azərbaycan milli komandasının heyətində 3 dəfə meydana çıxıb.

Qeyd edək ki, “Keşlə” bu gün Moldova millisinin yarımmüdafiəçisi, son klubu “Sabah” olan Yevgeni Koçuku da heyətinə qatdığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button