“Biz çempionluq üçün təkcə “Mançester Siti” ilə mübarizə aparmayacağıq”

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Cordan Henderson Premyer Liqanın növbəti mövsümündə çempionluq yarışı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, çempionluq uğrunda təkcə “Mançester Siti” ilə mübarizə aparmayacaqlarını deyib:

“Hər kəs “Liverpul” və “Mançester Siti” haqqında danışır. Çünki “şəhərlilər” Premyer Liqanı, biz isə Çempionlar Liqasını qazandıq. Buna baxmayaraq, digər komandaları yaddan çıxarmaq olmaz. Biz çempionluq üçün təkcə “Mançester Siti” ilə mübarizə aparmayacağıq.

Keçən mövsüm böyük dözüm göstərdik. Premyer Liqadakı uğursuzluqdan sonra həvəsdən düşmədik və Çempionlar Liqasını qazandıq. Bu, bizim üçün böyük uğur idi. Keçən mövsüm yaşadıqlarımızı yeni mövsümdə daha yaxşı olmaq və uğur qazanmaq üçün stimul kimi istifadə edə bilərik”.

“Mançester Siti” keçən mövsüm “Liverpul”u bir xal qabaqlayaraq, 98 xalla çempion olmuşdu. “Qırmızılar” isə Çempionlar Liqasının finalında “Tottenhem”ə 2:0 hesabı ilə qalib gəlmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button