
Kazımova Millətlər Liqasında FIVB-nin tibbi nümayəndəsi olacaq
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Serbiyanın paytaxtı Belqradda keçirilən Millətlər Liqasında (VNL) qadın və kişi komandaların oyunlarında iş başında olacaq.
Bu barədə Komanda.az-a AVF-dən məlumat verilib.
Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasının üzvü sözügedən turnirdə FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.
Kazımova yarış zamanı tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkilinə, tibbi təminatın koordinasiyasına və həyata keçirilməsinə nəzarəti təmin edəcək.
Ötən gün başlayan qadınların yarışı iyulun 12-də başa çatacaq. Kişilərin mübarizəsi iyulun 15-19-u aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



