“Karyeramın bir hissəsini İtaliyada oynamaqdan məmnun olardım” – Puyol

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Karles Puyol karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, karyerası ərzində yalnız “Barselona”nın şərəfini qoruyan 42 yaşlı sabiq futbolçu, vaxtilə “Milan”da təklif aldığını açıqlayıb:

“Milan”a qoşula bilərdim. Paolo Maldini ilə oynamaq istəyərdim, o, mənim kumirim idi. Karyeramın bir hissəsini İtaliyada oynamaqdan məmnun olardım. Həmin vaxt İngiltərə və İtaliya klublarından təkliflərim var idi, amma çıxış etdiyiniz klub həm də eviniz olanda, başa komandanın formasını geyinmək istəmirsiz.

“Milan” indi çətin dövr yaşasa da, əminəm ki, tezliklə əvvəlki qədər böyük komanda olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button