“Karyeramı bitirməyə hazır deyiləm” – İbrahimoviç

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu, “Milan”ı seçməsindən və karyerasını bitirmək fikrindən danışıb:

“Onsuz da, zirvədə olan kluba keçmək əvəzinə, zirvəyə çıxara biləcəyim komandaya keçmək daha yaxşıdır. Qorxsaydım, “Milan”a keçməzdim. 10 il əvvəl fərqli statusum, eqom vardı, bu gün isə daha təcrübəliyəm.

Baş məşqçi Stefano Pioli məndən qərarımı soruşdu. Ona karyeramı bitirmək istədiyimi dedim. Amma sonra hər şey dəyişdi, peşman olmaq istəmədim. Klubla danışıb, davam etmək qərarına gəldim. Əslində, “Mançester Yunayted”də oynayanda futbolu buraxmağı düşünürdüm, onda 35-36 yaşım vardı. Amma futbolsuz mən kiməm? 25 il gördüyünüz işi buraxmaq asan deyil. Karyeramı bitirməyə hazır deyiləm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button