Kantona “Mançester Yunayted”ə qayıdır?

“Mançester Yunayted”in keçmiş futbolçusu Erik Kantona yenidən “qırmızı şeytanlar”a qayıda bilər.

Komanda.az xəbər verir ki, Kantona “Mançester Yunayted”in idman direktoru olmağa əsas namizədlərdən biridir. Bu barədə İngiltərənin “Daily Mail” nəşri məlumat yayıb.

Kantona, bununla bağlı öz sosial şəbəkə hesabında “Hələ ki, bir şey deyə bilmərəm, ancaq çox yaxşı olar” paylaşımı edib.

MY-də idman direktoru vəzifəsinə Edvin van der Sar (“Ayaks”), Ramon Monçi (“Roma”), Fabio Paratici (“Yuventus”), Pol Mitçell (“Leyptsiq”) və Andrea Berta (“Atletiko”) əsas namizədlərdəndir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button