Kanselonun “Barselona”ya transferi təxirə salınıb

Joao Kanselonun “Barselona”ya mümkün transferi ilə bağlı proses müvəqqəti olaraq dayandırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçinin transferi iyula qədər təxirə salına bilər. “Barselona” ilə “Əl-Hilal” arasında danışıqlarda hələ də həllini gözləyən bir sıra məsələlər qalır.

Kanselo ötən qışda Səudiyyə Ərəbistanı təmsilçisindən icarə əsasında Kataloniya klubuna qoşulmuşdu. Portuqaliyalı futbolçu “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 23 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Barselona” müdafiəçini komandada saxlamaq niyyətindədir. Ancaq klub bunu minimum maliyyə itkisi ilə həyata keçirmək istəyir. “Əl-Hilal” isə Kanselonun transferi üçün 10 milyon avro tələb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button