Kannavaro: “Oyunçuları heç günahlandırmaq istəmirəm”

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsinin son turunda Konqo yığmasına 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis buraxılan qolların müdafiədə edilən səhvlərdən qaynaqlandığını bildirib:

“Bəli, səhvlər etdik, amma oyunçuları heç günahlandırmaq istəmirəm. Onlar əllərindən gələni etdilər və mən onlarla fəxr edirəm”.

Özbəkistan millisi qrup mərhələsində daha əvvəl Kolumbiyaya 1:3, Portuqaliya yığmasına isə 0:5 hesabı ilə məğlub olub. Debüt etdiyi dünya çempionatında qrupu sonuncu pillədə başa vuran komanda mundialla vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button