Laporta: “Kamp Nou” tamamilə fərqli hiss yaradır”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın təmir olunmuş “Kamp Nou”dakı ilk oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Kamp Nou” tamamilə fərqli hiss yaradır. Bu, meydanda azarkeşlərin olduğu əsl futbol stadionudur. Tikintinin ən çətin hissəsi başa çatıb, işin qalan hissəsi daha sürətli tempdə davam edəcək. Məqsədimiz prosesi 2026-cı ilə qədər başa çatdırmaqdır”.

Kataloniya klubu doğma stadiona qayıtmasını “Atletik” üzərində 4:0 hesablı qələbə ilə qeyd edib. “Barselona”nın növbəti ev oyunu 29 noyabrda, “Alaves”ə qarşı olacaq. Bundan əvvəl komanda Çempionlar Liqasında, Londonda “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button