
Arbeloadan fransalı futbolçu haqda xoş sözlər
“Real”ın baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçisi Eduardo Kamavinqa barədə müsbət fikirlər səsləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Kamavinqanın öz üzərində çalışan və yüksək tələblərə malik futbolçu olduğunu bildirib:
“Kamavinqa əla oyunçudur. O, özündən çox şey tələb edir, fiziki baxımdan da güclüdür. Müasir futbola çox yaxşı uyğunlaşır. Biz həmişə inkişaf etməyə çalışırıq və ona nə istədiyimizi bildiririk. O, bizim üçün çox vacib oyunçu olacaq”.
Fransalı yarımmüdafiəçi cari mövsümdə “Real” forması ilə 35 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



