“Kəpəz” Gürcüstan çempionunu transfer etdi – Rəsmi

“Kəpəz” klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi cinah yarımmüdafiəçisi mövqeyində oynayan gürcüstanlı Mate Kvirkviya ilə bir illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu son olaraq “Qaqra” klubunun şərəfini qoruyub.

Mate vətənində “Dinamo” (Tbilisi) və “Torpedo” (Kutaisi) klubları ilə Gürcüstan çempionu olub. O, Gürcüstanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button