
“Kəpəz” futbolçu seçimlərinə start verir
“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.
Klubdan Komanda.az-a verilən məlumata görə, Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



