“Kəpəz” azarkeşlərindən istefa tələbi

Misli Premyer Liqasının 2-ci turunun son matçı “Neftçi” və “Kəpəz” komandaları arasında baş tutub.

Komanda.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən qarşılaşmada “ağ-qaralar” 5:2 hesabıyla qalib gəliblər.

Komandanın erkən qollarla geri düşməsinə və yekunda böyük hesabla uduzmasına əsəbləşən gəncəli azarkeşlər baş məşqçi Yaşar Vahabzadəni dayanmadan istefaya səsləyiblər. Onlar matçın əvvəlindən sonunadək “Yaşar, istefa!” şüarları səsləndiriblər.