Mourinyonun 2 milyonluq bonusu

Joze Mourinyonun “Tottenhem”lə imzaladığı müqavilənin yeni detalları ortaya çıxıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 15 milyonluq məvacibindən əlavə, 2 milyon funt-sterlinq də qazana bilər. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Belə ki, “Tottenhem” İngiltərə Premyer Liqasında mövsümü ilk 4 sırada bitirsə, Mourinyoya 2 milyon funt-sterlinq bonus veriləcək.

London təmsilçisi hazırda Premyer Liqada 14-cü sırada yer alıb. Mourinyo “Tottenhem”lə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button