İtaliya klubunda baş məşqçi ayrılığı

İtaliyanın “Sassuolo” klubunda baş məşqçi Roberte De Dzerbi mövsümün sonunda komandanı tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında deyib. O, yeni çağırış üçün mövsümün sonunda “Sassuolo”dan ayrılacağını bildirib.

De Dzerbi 2018-ci ilin yayından “Sassuolo”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda hazırda A Seriyasında 8-ci sıradadır.