İtaliya klubunun 3 futbolçusu koronavirusa yoluxdu
İtaliyanın “Pyaneze” klubunun üç futbolçusu və bir əməkdaşı koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Koronavirusa yoluxan futbolçuların adları açıqlanmayıb. “Pyaneze” klubunun futbolçuları və məşqçi heyəti 15 günlük nəzarətə alınıb.
İtaliyada artıq 600-dən çox insan koronavirusa yoluxub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



