İbrahimoviç: “Karyeramı indi bitirim?”

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu, futbolçu karyerasını bitirdikdən sonra məşqçi və ya menecer olmağı düşünmədiyini deyib:

“Daha əvvəl karyeramı bitirməkdən qorxurdum. Çünki həyatımı futbolsuz təsəvvür edə bilmirdim. Mən gənc olanda insanlar yaxşı futbolçu olmağın çətin olduğunu deyirdi. Baxın, 39 yaşım var və hələ oynayıram. Avropanın ən yaxşı klublarından birində çıxış edirəm.

Karyeramı bitirdikdən sonra nə edəcəyimi bilmirəm. Özümü məşqçi və ya menecer kimi təsəvvür edə bilmirəm. Karyeramı indi bitirim? Bu, dəhşətli fikirdir. Yaxşı vəziyyətdəyəm və daha bir neçə il oynaya bilərəm. Karyeramı bitirəndən sonra bir müddət istirahət edəcəm və həyatdan zövq alacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button