“Onu çox bəyənirəm” – Riberi

İtaliyanın “Fiorentina” klubunda forma geyinən Frank Riberi açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan fransız futbolçu, yeni komandasında xoşbəxt olduğunu deyib:

“A Seriyası yaxşı liqadır və güclü komandalar çoxdur. Stadionlar və azarkeşlər baxımından da çox yaxşıdır, əvvəlki illərdən fərqlidir. İnsanların mədəniyyətlərini və anlayışlarını sevirəm. Çoxlu restoranlar var, ancaq mən adətən evdə, ailəmlə vaxt keçirirəm.

Baş məşqçimiz Vinçentso Montella gəncdir və futbolçularla arası yaxşıdır. Onu çox bəyənirəm”.

Ötən mövsümü “Bavariya”da keçirən Riberi, bu yay azad agent kimi “Fiorentina”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button