“Milan”dan ayrıldı, karyerasını bitirdi

İtaliya millisinin və “Milan”ın sabiq üzvü Rikkardo Montolivo karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. Montolivo, futboldan getdiyini bildirib:

“Bu andan etibarən futbolu biritirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. “Milan” məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim”.

2012-ci ildən “Milan”da forma geyinən Montolivo, 2018/19 mövsümündə heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun “qırmızı-qaralar”la müqaviləsi 2019-cu ilin yayında bitmişdi və o gündən işsiz idi.

Montolivo 66 dəfə İtaliya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button