Mançini İtaliya yığmasının tarixinə düşdü

İtaliya milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Litvanı məğlub edib – 2:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qələbə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini üçün rekordla əlamətdar olub. Belə ki, 56 yaşlı mütəxəssis İtaliya yığması ilə 21-ci qalibiyyətini əldə edib. O, bu göstəriciyə 30 oyunda nail olub. Mançini İtaliya millisi ilə 21 qələbəyə ən tez çatan baş məşqçi olub.

İtaliya yığması DÇ-2022-nin seçmə mərhələsinin C qrupunda 3 oyuna 9 xal qazanaraq liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button