İtaliya klubundan daha 3 transfer

İtaliyanın “Sassuolo” klubu Dortmund “Borussiya”sının müdafiəçisi Jeremi Tolyanın ardından heyətini daha üç yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Empoli”dən hücumçu Françesko Kaputo və yarımmüdafiəçi Junior Traoreni, həmçinin Milan “İnter”indən müdafiəçi Marko Salanı transfer edib.

“Empoli” hər üç transferi rəsmi saytı vasitəsilə bəyan edib. Amma onlarla müqavilənin müddəti və digər detalları açıqlanmır.

31 yaşlı Kaputo geridə qalan mövsümdə 38 oyuna çıxıb, 16 qola imza atıb. İtaliyalı futbolçu daha öncə “Virtus Entella”, “Siena”, “Salernitana” və “Bari” kimi klublarda da forma geyinib.

19 yaşlı Juinor Traore də “Empoli”dən gəlib. Fil Dişi Sahilindən olan gənc futbolçu məhz sözügedən klubun yetirməsidi. O, 2017-ci ildən başladığı peşəkar karyerası ərzində “Empoli”də 42 oyuna çıxıb, 2 qola imza atıb.

Marko Sala isə “İnter”dən transfer olunub. 20 yaşlı futbolçu geridə qalan mövsümü icarə əsasında “Aretso”da keçirib. Gənc müdafiəçi həm də İtaliyanın gənclərdən ibarət milli komandasının üzvüdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button