İtaliya klubu baş məşqçisini istefaya göndərdi

İtaliyanın “Verona” klubu baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. “Verona” A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Qabriele Çoffi “Verona”ya bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Onunla 2 illik müqavilə imzalanmışdı. İtaliyalı mütəxəssis daha öncə “Kroli Taun” və “Udineze”yə də rəhbərlik edib.

Yeri gəlmişkən, “Verona” qapıçısı Alessandro Berardi ilə də yeni müqavilə imzalandığını açıqlayıb. İtaliyadan olan 31 yaşlı qolkiperlə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2019-cu ildən bu klubun formasını geyinir. 2012/13 mövsümündə də “Verona”da icarədə oynamış Berardi, “Latsio”nun yetirməsidir. O, “Salernitana”, “Qrosseto”, “Messina” və “Bari”də də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button