
“Yuventus” norveçli hücumçu üçün danışıqlara başlayıb
“Atletiko”nun hücumçusu Aleksander Sörlot karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli forvardın xidmətində “Yuventus” maraqlıdır. Turin təmsilçisinin artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başladığı bildirilir.
Hazırda 30 yaşlı hücumçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Sörlot ötən mövsüm bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 20 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



