
İsveçrə klubu “Sabah”ın futbolçusunu istəyir
“Sabah”ın futbolçusu Aron Maluda daha bir klubun diqqət mərkəzindədir.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, İsveçrənin “Bazel” klubu Maluda üçün hərəkətə keçib. İsveçrəlilər Maluda üçün “Sabah”a təklif göndərməyi planlaşdırırlar.
Futbolçunun adı bir müddət əvvəl “Seltik”lə də hallanırdı.
Maluda son mövsümdə 30 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



