Beyli istəyən 3 klubun adı açıqlandı

İspaniyanın “Marca” nəşri mövsümün sonunda “Real”dan ayrılacağı gözlənilən Qaret Beylin transfer oluna biləcəyi mümkün üç klubun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, “Real”ın La Liqanın 31-ci turunda “Eybar”ı məğlub etdiyi matçda (2:1) azarkeşlər tərəfindən fitə basılan uelsli futbolçu, baş məşqçi Zinəddin Zidanın da razılıq verəcəyi halda, komandadan gedəcək.

“Marca” nəşri Beyllə “Mançester Yunayted”, “Bavariya” və “Tottenhem”in ciddi maraqlandığını yazıb. “Mançester Yunayted” Pol Poqbanı satacağı təqdirdə, əsas hədəfi Beyl olacaq. “Qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer də uelsli hücumçunu komandasında görmək istəyir.

Bu üç klub arasında “Bavariya”nın Beyl transferində bir addım irəlidə olduğu iddia olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button