Keçmiş klubu Serxio Ramosa 5 illik müqavilə təklif etdi

İspaniyanın “Sevilya” klubu “Real”dan ayrılacağı gözlənilən Serxio Ramosu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, Əndəlüs təmsilçisi 35 yaşlı müdafiəçiyə 5 illik müqavilə təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Ramos təklifi qəbul etsə, illik 7 milyon avro qazanacaq və karyerasını bitirdikdən sonra da “Sevilya”da çalışacaq.

“Sevilya”nın yetirməsi olan Ramos 2002-2005-ci illər aralığında bu klubda çıxış edib.

Ramosun “Real”la müqaviləsi bu ayın sonuna qədərdir.