Xorvatiya millisinin üzvü La Liqa klubunda

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Kalyari”dən Filip Bradariçi heyətinə qatıb. Bu barədə “Selta”nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu mövsümün sonuna qədər La Liqa klubunda top qovacaq.

“Selta” yayda xorvat yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər. Bradariç mövsümün ilk dövrəsini icarə əsasında Xorvatiyanın “Hayduk” klubunda keçirib. Yarımmüdafiəçi 6 dəfə də Xorvatiya yığmasının formasını geyinib.