Xavi daha bir keçmiş komanda yoldaşını “Barselona”ya gətirmək istəyir

İspaniyanın “Barselona” klubu “Betis”də çıxış edən keçmiş futbolçusu Mark Bartranı yenidən heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi keçmiş komanda yoldaşı olan müdafiəçini qışda “Barselona”ya gətirmək istəyir.

“Barselona”nın artıq 30 yaşlı futbolçu ilə əlaqə qurduğu bildirilib.

Bartranın “Betis”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. “Barselona”nın yetirməsi olan ispan müdafiəçi 2012-2016-cı illərdə Kataloniya təmsilçisinin əsas komandasında çıxış edib.

“Barselona” daha əvvəl sabiq futbolçusu Dani Alveşi heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button