La Liqa klubunda yeni müqavilə – “Bavariya” və “Arsenal” istəyirdi

İspaniyanın “Atletik” klubu futbolçusu Unay Nunesin müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Atletik”in yetirməsi olan Nunes, bu mövsüm La Liqada 3 oyuna çıxıb. Müdafiəçi ilə “Bavariya”, “Arsenal” və “Vest Hem” kimi klublar maraqlanır.