
İspan məşqçi “Milan”a “yox” deyib
“Bornmut”un çalışdırıcısı Andoni İraola “Milan”ın baş məşqçi olmaq təklifini qəbul etməyib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klubun təqdim etdiyi layihədən və xüsusilə, transfer büdcəsinin məhdudluğundan razı qalmayıb.
“Qırmızı-qaralar”ın təklif etdiyi transfer büdcəsi İraola ilə bir neçə həftədir ki, danışıqlar aparan “Kristal Pelas”ın ayırmağa hazır olduğu məbləğdən xeyli aşağı olub. Bu isə qərarda əsas rol oynayıb. Nəticədə, o, karyerasını Premyer Liqada davam etdirmək variantinı daha uyğun hesab edib.
İraola daha əvvəl “Mançester Yunayted”, “Nyukasl” və “Atletik”dən gələn təklifləri də rədd edib.
43 yaşlı mütəxəssisin “Bornmut”la müqaviləsinin müddəti bu ilin yayına qədərdir. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə 2025/26 mövsümündə UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin



