Kukurella “Çelsi” rəhbərliyinə ayrılmaq istədiyini bildirib

“Çelsi”nin müdafiəçisi Mark Kukurella bu yay klubundan ayrılmaq niyyətindədir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu London təmsilçisinin rəhbərliyinə ayrılmaq istədiyini bildirib.

İspaniyalı oyunçunun prioritet hədəfi “Barselona”ya qayıtmaqdır. O, karyerasına Kataloniya klubunda başlasa da, əsas komandada möhkəmlənə bilməmişdi.

“Çelsi” Kukurellanın satışından 40–50 milyon avro gəlir əldə etməyi planlaşdırır. Ancaq “Barselona” onun transferinə yalnız Alexandro Balde komandanı tərk edəcəyi halda razılıq verə bilər. Baldenin isə hələlik ayrılmaq niyyəti yoxdur.

Kukurella 2022-ci ildən “Çelsi”nin şərəfini qoruyur və bu müddətdə komandanın əsas rotasiya oyunçularından birinə çevrilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button