İspaniya millisinin üzvü “Atletiko”dan ayrılır

İspaniyanın “Atletiko” klubunun futbolçusu Saul Niqes Madrid təmsilçisindən ayrılmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında paylaşım edib.

İspaniyalı oyunçu bildirib ki, 3 gündən sonra yeni klubunun adı bəlli olacaq.

Saul Niqesin İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunacağı gözlənilir.

Qeyd edək ki, “Atletiko”nun öz yetirməsi olan İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub. O, 2013/14 mövsümündə icarə əsasında “Rayo Valyekano”da da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button