İspaniya millisində ciddi itki – Qətəri tərk etdi

Futbol üzrə İspaniya millisinin müdafiəçisi Xose Qaya Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, İordaniya ilə yoxlama matçında zədələnən müdafiəçi yığmanın heyətindən çıxarılıb.

Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Müdafiəçinin müalicəsi üçün Qətərdən İspaniyaya yola salındığı diqqətə çatdırılıb.

Qayanın əvəzində heyətə “Barselona”nın futbolçusu Alexandro Balde dəvət olunub.

İspaniya millisi dünya çempionatına noyabrın 23-də Kosta-Rika ilə oyunla başlayacaq. Bu komandalarla eyni qrupda Almaniya və Yaponiya yığmaları da yer alıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button