Kapitan ilk 10-luqda

İspaniya millisi AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turunda Rumıniyanı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşmada İspaniya millisinin üzvü Serxio Ramos yeni uğura imza atıb. Matçın 29-cu dəqiqəsində hesabı açan kapitan, İspaniya millisinin heyətində 21-ci qolunu vurub. O, bununla da, yığmanın heyətində ən çox qol vuran 10 futbolçu arasına düşüb.

İspaniya millisinin heyətində ən çox qol vuran futbolçu David Vilyadır. “Barselona”nın sabiq hücumçusu 59 qolla milli komandanın bombardiridir.

1. David Vilya – 59 qol
2. Raul – 44
3. Fernando Torres – 38
4. David Silva – 35
5. Fernando Yerro – 29
6. Fernando Moryentes- 27
7. Emilio Butragenyo – 26
8. Alfredo Di Stefano – 23
9. Xulio Salinas – 22
10. Miçel, Serxio Ramos – 10.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button