Messidən növbəti uğur – La Liqada 1-ci oldu

İspaniya La Liqasında 2019/20 mövsümündə ən çox uğurlu driblinq edən futbolçu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Barselona”nın kapitanı Lionel Messidir. Bu barədə “Marca” nəşri məlumat yayıb. 33 yaşlı argentinalı futbolçu son mövsümdə La Liqada 182 uğurlu driblinq edib.

Ən çox driblinq edən futbolçuların siyahısında ikinci pillədə “Betis”dən Nabil Fekirdir. Fransalı hücumçunun aktivində 98 driblinq var. 3-cü isə “Vilyarreal”dan 86 driblinqlə Andre-Franko Zambodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button