
“İnter”in hücumçusu bir aylıq sıradan çıxıb
“İnter”in hücumçusu Lautaro Martines baldır əzələsindəki gərilmə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənar qalacaq.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, argentinalı oyunçunun vəziyyətinin gələn həftə yenidən qiymətləndiriləcəyi bildirilir.
Martines zədəni UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Budo Qlimt”lə keçirilən və 1:3 hesabı ilə məğlub olduqları ilk oyunda alıb.
28 yaşlı futbolçu bu mövsüm A Seriyasında 25 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



