Eriksenin məşqlərə başlayacağı vaxt bilindi

“İnter”in futbolçusu Kristian Eriksen oktyabr ayından məşqlərə başlaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, danimarkalı yarımmüdafiəçinin gələn aydan fərdi məşqlərə başlayacağı bildirilib.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan danimarkalı futbolçu Kristian Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.