“İnter”i gələn mövsüm kim çalışdıracaq? – Açıqlama

“İnter”in baş direktoru Cüzeppe Marotta “neradzurra”nın çalışdırıcısı Simone İnzaqi haqda açıqlama verib.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin gələn mövsüm də Milan təmsilçisini çalışdıracağını söyləyib:

“Biz İnzaqini işdən çıxarmaq barədə düşünmürük. Komandadakı mövqeyini gücləndirib. Bu, göz qabağındadır. O, yüz faiz bizimlə qalacaq. İnzaqi gələn mövsüm də “İnter”i çalışdıracaq”.

İnzaqi 2021-ci ildən “neradzurra”nın baş məşqçisidir. Onun komandası İtaliya A Seriyasının turnir cədvəlində 66 xalla üçüncüdür.

“İnter” iyunun 10-da Çempionlar Liqasının final matçında “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button