“İnter”lə İkardi razılığa gəldi

İtaliyanın “İnter” klubu argentinalı forvardı Mauro İkardiyə yeni müqavilə təklif edib.

Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisi 25 yaşlı futbolçuya illik məvacibi 6,5 milyon avro olmaqla, 4 illik yeni müqavilə təklif edib. Bu məbləğ argentinalı futbolçunun tələbindən aşağıdır. O, illik 7,5 milyon avro tələb edirdi. Buna baxmayaraq, futbolçunun bu təklifi qəbul etdiyi bildirilir.

“İnter”də daha öncə kapitanlıq sarğısı İkardidən alınaraq, qapıçı Samir Handanoviçə verilmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button