“İnter”dən Dibalaya təklif

Argentinalı futbolçu Paulo Dibala “İnter”ə keçə bilər.

Komanda.az “TuttoJuve”-yə istinadən xəbər verir ki, “İnter” “Yuventus”un hücumçusu Dibalaya 4 illik müqavilə təklif edib. Milanlılar 28 yaşlı futbolçu ilə illik 6 milyon avro maaş olmaqla 2026-cı ilə qədər müqavilə imzalamağa hazırdır. Lautaro Martines və Marselo Brozoviç də “İnter”də eyni məbləği alırlar.

Dibala bu yay azad agent olacaq. O, bu mövsüm A Seriyasında 25 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.