
“Real”ın qapıçısı İtaliya klubuna keçə bilər
“Real”ın qapıçısı Andrey Lunin karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Ukraynalı qolkiperin xidmətində “İnter” maraqlıdır. Onun “kral klubu” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Lunin cari mövsümdə Madrid təmsilçisinin heyətində 4 oyuna çıxıb, 8 qol buraxıb və 1 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



