“İnter” 38 yaşlı futbolçu ilə vidalaşacaq

Müdafiəçi Françesko Açerbinin bu mövsüm bitdikdən sonra “İnter”dən ayrılma ehtimalı yüksəkdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaq, lakin tərəflər yeni müqavilə imzalamaq niyyətində deyil.

Açerbi 2023-cü ildə 4 milyon avroya “Latsio”dan “İnter”ə keçib. 38 yaşlı müdafiəçi bu mövsüm bütün yarışlarda 21 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button