
“İnter”in Dumfris planı
“İnter” rəhbərliyi müdafiəçi Denzel Dumfrisi komandada saxlamaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu niderlandlı futbolçu ilə müqavilənin müddətini daha bir il uzatmağı planlaşdırır. Hazırkı sözləşmənin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Yeni müqavilə imzalanacağı təqdirdə, Dumfrisin maaşı da artırılacaq. Onun illik qazancı 4 milyon avrodan 5 milyona yüksələcək.
29 yaşlı müdafiəçi 2021-ci ilin avqustundan etibarən Milan təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 19 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



