
“İnter” Bastoninin qərar verməsini gözləyir
“İnter”in müdafiəçisi Alessandro Bastoni yayda komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçunun “Barselona”ya keçməkdə maraqlı olduğu bildirilir. “İnter” rəhbərliyi isə Bastoninin başqa kluba keçmək üçün tezliklə qərarını açıqlamasını gözləyir.
Bastoni 2017-ci ildən “İnter”də çıxış edir. Onun hazırda “transfermarkt”da dəyəri 70 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



