
“İnter” “Atletiko”ya müraciət edib – İtaliyalı müdafiəçi üçün
“Atletiko”nun müdafiəçisi Matteo Rugeri yenidən İtaliya A Seriyasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “İnter” maraqlanır.
Milan klubunun nümayəndələri artıq “Atletiko”nun oyunçusu ilə bağlı ilkin sorğu göndəriblər. Bildirilir ki, İtaliya çempionu Karlos Aqusto ilə yollarını ayıracağı təqdirdə, tərəflər arasında rəsmi danışıqlara start veriləcək.
“Atletiko” Rugerini ötən ilin yayında “Atalanta”dan 17 milyon avro qarşılığında transfer etmişdi. İtaliyalı futbolçu İspaniyadakı ilk mövsümündə Dieqo Simeonenin komandasında 47 oyuna çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı italiyalı müdafiəçinin dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



